Braziliyada lal və əlil arabasına məhkum olan şəxs oyuncaq tapança ilə qızıl mağazasını soymaq istəyib.
Bu barədə “JornalNH” xəbər yayıb.
Serebral iflic olan 19 yaşlı qarətçi satıcıya bütün pulu verməsini tələb edən məktub da verib.
Yoldan keçərək hadisənin şahidi olan bir nəfər dərhal polis çağırıb.
Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları qarətçini tutublar.
İfadəsi alınan gənc valideynlərinə təhvil verilib. Onun etdiyi hərəkətə görə qanun qarşısında cavab verməli olub-olmayacağı hələ məlum deyil.
DiasporPress.az