Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyev Fondunun çağırışına dəstək verib.
DiasporPress.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olaraq bu gün FHN-də könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub.
Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.
DiasporPress.az