Türkiyənin “Qalatasaray” klubunun qapıçısı oyun zamanı ciddi xəsarət alıb.
“Fanatik”in məlumatına görə, Fernando Muslera “Qalatasaray”- “Rizespor” oyununda zədələnib.
15-ci dəqiqədə rəqiblə toqquşan qapıçının ayağının sındığı bildirilir. Muslera oyunu yarımçıq tərk etməli olub. Onu dərhal xəstəxanaya yerləşdiriblər.
DiasporPress.az