“Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa qalib gəlib.
Sports.ru “Qalatasaray” klubun idarə heyətinin üzvü Tunc Ünərə istinadən xəbər verir ki, Fatih Terimdən və klubun vitse-prezidenti Abdurrahim Albayrakdan alınan sonuncu koronavirus testinin nəticələri mənfi çıxıb.
Xatırladaq ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim mart ayının 23-də koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
DiasporPress.az