Ölkə

“Əziz kişi bircə addım öndə olsa, qəlpə dəyə bilməzdi” – Foto

“Əziz kişi bircə addım öndə olsa, qəlpə dəyə bilməzdi” – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün erməni təxribatı nəticəsində həyatını itirən Tovuzun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov dəfn edilib.

Bu barədə məlumatı jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşıb. Bildirib ki, son 3 saatdır Ağdam kəndi istiqamətində atışma dayanıb:

“Əziz kişi dünən qızı və nəvəsi ilə evdə imiş. Qızını və nəvəsini dünən kənddən çıxarıb. Özü deyib ki, getməyəcəm. Axşam yenə də polis gəlib və evdən çıxmasını istəyib. Amma Əziz Əzizov kənddən çıxmayacağını deyib. Bu gün səhər atılan top onun evinin qarşısına düşüb. Qəlpələr koridorda olan Əziz kişini ağır yaralayıb. Əziz Əzizov bircə addım öndə olsa koridordan çıxacaqmış. Orada isə ona qəlpə dəyə bilməzdi”.

 

 

 

 

 

DiasporPress.az