Bağ evinin yanından qayıqla hərəkət edən ailəyə karabinlə atəş açdı. Nəticədə qayıqda olan bir qadın yaralandı.
RT-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.
Hadisə ilə bağlı “qətlə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Yerli mediada iddia edilir ki, şübhəli şəxs Sankt-Peterburqun sabiq deputatı və biznesmen 35 yaşlı İlya Rusinovdur. İstintaq Komitəsi bu barədə rəsmi xəbər verməyib.
Şübhəli saxlanılıb, ifadəsi alınıb. Yaxın vaxtlarda onun həbs olunacağı gözlənilir.
DiasporPress.az