Tədris ili sentyabrın 15-də başlayacaq. Vakansiyalara peşəkar kadrların seçilməsi önəmlidir. Bunun üçün də müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır”.
DiasporPress.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
E.Bağırovun sözlərinə görə, yerdəyişmə müsabiqəsində 8 minə yaxın vakansiya elan olunub:
“Vakansiya ilə bağlı seçim mərhələlərinin avqust ayının sonuna yaxın zamanda elan olunması gözlənilir. Düşünmürəm ki, say hazırkı rəqəmlərdən aşağı olsun”.
DiasporPress.az