Ermənistan Müdafiə Nazirliyi uzun fasilədən sonra Qarabağa ölən hərbçilərinin yeni siyahısını dərc edib.
Diasporpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyahıda 44 hərbçinin adı və soyadı var.
Ümumilikdə, Ermənistan tərəfi 1221 hərbi qulluqçusunun ölümü rəsmən təsdiqləyib.
Xatırladaq ki, nüfuzlu hərbi mənbələr Ermənistan ordusunun Qarabağda ən azı 5 min hərbi qulluqçusunu itirdiyini və rəsmi Yerevanın bunu xalqdan gizlətdiyini yazır.
Diasporpress.az