Ölkə

“Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir”

“Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Silahlı Qüvvələrinin təlim- tədris praktikasında mülki insanların hədəfə alınması strateji xətlərdən biridir. Biz bunu Xocalı hadisələrində açıq şəkildə görmüşük”.

DiasporPress.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, 2016-cı ilin aprel hadisələrində belə hal olub: “Belə ki, 2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatının qarşısı əks-həmlə ilə alınarkən Ermənistan silahlı qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərdə artilleriyadan istifadə edib. Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərinə zərbə endirilir, eyni zamanda Ermənistan hərbçiləri özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər.

Azərbaycan Silahlı Qüvvələri yüksək texnologiyalardan istifadə edir. Dəqiq hədəflərə cavab tədbirləri görülür”.