Ölkə

Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi

Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerlə­şən bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

 

DiasporPress.az