Ölkə

Erməni olduğu deyilən şəxs açıqlama yaydı

Erməni olduğu deyilən şəxs açıqlama yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

DiasporPress.az  Musavat.com-a istinadən xəbər verir ki, o, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu, mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi”.

Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar.

Qeyd edək ki, ötən gündən etibarən sosial şəbəkələrdə sözügedən şəxsin təxribata yönəlik səs və videogörüntüləri yayılıb. Sosial şəbəkə istifadəçiləri onun bu paylaşımını yayaraq milliyətcə erməni olduğunu iddia ediblər.