Dünya

Epidemiyanın başladığı ölkədə koronavirus riski olan bölgə qalmadı

Epidemiyanın başladığı ölkədə koronavirus riski olan bölgə qalmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin bütün bölgələrində koronavirusun yayılması ilə əlaqəli epidemioloji təhlükənin səviyyəsi aşağı düşüb, ölkədə yüksək və orta risk səviyyəsi olan bölgə qalmayıb.

Bu barədə “RİA Novosti” Çinin Mərkəzi Televiziyasına istinadla xəbər yayıb.

Təhdid səviyyəsinin aşağı salınması artıq yerli hakimiyyət orqanlarının profilaktik tədbirləri də tənzimləyə biləcəyi, bütün bölgələrdə istehsalın bərpa olunacağı, normal iş həyatına və yaşam tərzinə qayıdacağı deməkdir.

Ümumilikdə, epidemiyanın başladığı ölkədə 82 885 nəfər koronavirusa yoluxub. Onlardan da 4 633-ü ölüb, 77 957-si isə sağalıb.

 

DiasporPress.az