“Alibaba” şirkətinin təsisçisi Cek Ma Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 100 milyondan çox qoruyucu maska və pandemiyaya qarşı mübarizə üçün müxtəlif vasitələr hədiyyə edəcək.
TASS agentliyi xəbəri sahibkarın “Weibo” sosial şəbəkəsindəki açıqlamasına istinadən yayıb.
Məlum olub ki, sahibkar ÜST-ə 100 milyon tibbi maska və bir milyon ədəd respirator hədiyyə edəcək.
“Dünyada epidemiyanın yayılması davam edir. Bütün dünya bu müharibə ilə üzləşib. Biz işlərimizi sürətləndirməli, münasibətləri qaydaya salmalı və daha qətiyyətlə bu qlobal çağırışı qəbul etməliyik. Vahid dünya, vahid mübarizə”, – deyə xeyriyyəçi qeyd edib.
DiasporPress.az