Fransalı məşhur aktrisa Patrisiya Millarde 61 yaşında dünyasını dəyişib.
Lenta.ru-nun məlumatına görə, bu barədə jurnalist David Macio saytında məlumat verib.
Bildirilir ki, aktrisa ürək tutmasından ölüb.
Patrisiya Millarde “Sprut” filmində hakim rolu ilə tanınmışdı. Karyerası dövründə aktrisa 30-dan artıq film və seriallarda, o cümlədən, “Elen və dostları”, “Qaynar şokolad”, “Siçovul yarışları”nda çəkilib.
DiasporPress.az