Əfqanıstanın Kunduz əyalətindəki hərbi bazaya hücum nəticəsində hərbçilər də daxil olmaqla 24 nəfər yaralanıb.
Diasporpress.az xəbər verir ki, bu barədə yerli xəstəxananın həkimlərindən biri “RİA Novosti”yə bildirib.
Bildirilib ki, hadisə noyabrın 3-də İmam Şahib rayonunda baş verib. Məlumata görə, hərbi hissənin yaxınlığında minalanmış avtomobil partlayıb. Bundan sonra hərbçilərlə silahlılar arasında atışma olub.
Həkim bildirib ki, yaralılardan 14-ü hərbçi, 10-u dinc sakindir.
Hücumun məsuliyyətini hələ ki heç bir silahlı qruplaşma üzərinə götürməyib.
Diasporpress.az