Əfqanıstan Prezidenti Əşrəf Qani həbsxanalarda olan “Taliban” qruplaşmasının üzvləri ilə bağlı əfv fərmanı imzalayıb.
“TOLO News” xəbər verir ki, onların azadlığa buraxılması prosesi martın 13-də başlayacaq.
Prezident fərmanının detalları martın 11-i elan ediləcək.
Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.
Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.
Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib.
DiasporPress.az