Pauerliftinq üzrə dünya çempionu Rövşən Xəlilova zabit rütbəsi verilib.
DiasporPress.az-ın xəbərinə görə, xidmətdə və idmanda qazandığı uğurlara görə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə ona leytenant rütbəsi təqdim olunub.
Xəlilova leytenant poqonlarını Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev təqdim edib.
Qeyd edək ki, Rövşən Xəlilov leytenant rütbəsi alanadək Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri idi.