Dünya birjalarında bu gün “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 0,9 % azalaraq, bir barelə görə 30,50 ABŞ dolları təşkil edib.
DiasporPress.az xəbər verir ki, bunu Londonun “ICE” birjasında Bakı vaxtı ilə saat 10:35-də baş tutan hərracların nəticələri göstərir.
WTI markalı neftin iyun fyuçersləri 0,5% faiz azalaraq, bir barel üçün 24,35 dollar təşkil edib.
DiasporPress.az