Ölkə

Dövlət Sərhəd Xidməti Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında sərhəd kəndlərində yaşayan ailələrə sovqat paylayıb

Dövlət Sərhəd Xidməti Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında sərhəd kəndlərində yaşayan ailələrə sovqat paylayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus(COVID-19)pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.Dövlət başçısının“Biz birlikdə güclüyük!”çağırışına əsasənQazaxdahəmin şüaraltındabaşlanılan xeyriyyə kampaniyası da məhz bu məqsədi daşıyır.Qazax Rayon İcra Hakimiyyəti“Qazax” Xeyriyyə İctimai Birliyininüzvləritərəfindənstart verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirlərədəstək olmaqdır.

Dövlət başçısının“Biz birlikdə güclüyük!”çağırışınaAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinövbəti dəfə qoşulub. Sosial aksiya çərçivəsində Qazaxın sərhəd kəndləri olanFərəhli, Quşçu AyrımvəMəzəmkəndlərində yaşayan ailələrə un və ərzaq məhsullarından ibarət sovqatla dəstək olub.

Qazax Rayon İcra HakimiyyətininDövlət Sərhəd Xidmətinin əməkdaşları“Gənc Könüllülər”in iştirakı iləFərəhlikəndində yaşayan141ailəyə un,Quşçu Ayrımkəndində149,Məzəm kəndində yaşayan38ailəyə isə gündəlik tələbatları üçün lazım olan müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Dövlətin dəstəyini hər an hiss edən sakinlər karantin rejimi müddətindəonlara göstərilən diqqət və qayğıya görəölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevayaminnətdarlıqlarını bildiriblər.Koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdə onlara verilən sosial dəstəyə görəAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevə,Qazax Rayon İcra Hakimiyyətitəşəkkürlərini çatdırıblar.Qeyd ediblər ki, bu gün biz bir daha əmin olduq ki, həm sərhədlərimiz əmin əllərdədir, həm də sərhədçilərimiz belə çətin gündə bizə dəstək olur. Bu, dövlətin və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin biz sakinlərə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.

Quşçu Ayrım kəndi








Məzəm kəndi







Fərəhli kəndi