“Ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb”.
DiasporPress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib:
“Koronavirusla əlaqədar ölkəmizə gələn əcnəbilərin sayı azalıb. Cari ilin mart ayının 3-ə olan statistik rəqəmlərə görə, Azərbaycanda 539 Çin vətəndaşı var ki, onların 69-u fevralın 1-dən sonra gələnlərdir. İki aya yaxındır koronavirus təhlükəsi ilə bağlı Çinə bütün aviareyslər məhdudlaşdırılıb.
Ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi də məhdudlaşdırılıb. Ölkədə Çin vətəndaşları var. Onların Azərbaycanda olmaq müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır”.
DMX rəisi Azərbaycana suriyalı qaçqınların gəlməsi ilə bağlı heç bir müraciət olmadığını da bildirib.
DiasporPress.az