Türkiyənin Kayseri bölgəsində qayalıq ərazidə gəzintiyə çıxan üç dostun başına bədbəxt hadisə gəlib.
“HaberGlobal”ın məlumatına görə, Derevenk vadisində gəzən dostlardan biri – Ümit Akbulut adlı şəxs qayalıqdan yıxılıb.
Qayaların arasında sıxışıb qalan Ü.Akbulutun dostları qorxaraq hadisə yerindən qaçıb. Ü.Akbulut ərazidən keçən çobanın polisə müraciət etməsindən sonra xilas edilib.
Üç saat davam edən xilasetmə əməliyyatından sonra yaralı halda qayaların arasından çıxarılan Ü.Akbulut xəstəxanaya çatdırılıb.