Ölkə

Doqquz yaşlı uşaq faciəli şəkildə öldü

Masallı rayonunda azyaşlı uşaq ölüb.

Doqquz yaşlı uşaq faciəli şəkildə öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda azyaşlı uşaq ölüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, ötən gün saat 17:30 radələrində Masallı rayonu Şıxlar kənd sakini, 2011-ci il təvəllüdlü Ə.Səmədov yaşadığı evin yaxınlığındakı Şıxlar kənd qəbiristanlığında oynayırmış. Bu zaman qəbir başdaşılarından biri uşağın üzərinə aşıb. Uşaq aldığı xəsarətlərdən ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işinə başlanılıb.

 

DiasporPress.az