Ölkə

Dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür – RƏSMİ AÇIQLAMA

Dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi ölkələrdə məktəblərdə tədris yuxarı sinif şagirdləri üçün bərpa olunur”.

DiasporPress.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçirilə bilər:

“Bunu da hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması, yəqin ki, real görünmür. Hazırkı vəziyyətdə insanlar arasında sosial məsafənin saxlanılması olduqca vacibdir. Məktəblərdə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.

 

DiasporPress.az