Deputatlar: Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar

Deputatlar: Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin iyunun 20-də imzaladığı müvafiq sərəncamlarla general-leytenant Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazov isə Daxili İşlər naziri vəzifəsinə təyin edilib. Bir il ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində əməliyyatlar keçiriblər, qanun pozuntularına yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. DTX-nin keçirdiyi digər əməliyyatlarda da məmurlar cəzalandırılıb. Bundan əlavə, terrorçuluğa qarşı çox ciddi mübarizə aparılıb.

 

Daxili İşlər Nazirliyi də korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında, o cümlədən cinayətkar qrupların ifşa edilməsində xüsusi peşəkarlıq nümayiş etdirib. Bu addımlar cəmiyyət tərəfindən müsbət qiymətləndirilib.

 

Azərbaycan Milli Məclisinin deputatları da son bir ildə bu iki qurumun xüsusi peşəkarlıq göstərdiyini vurğulayıblar.

 

Arzu Nağıyev: İsrail Azərbaycandan məmnundur

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Pravda.az-a açıqlamasında deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Daxili İşlər naziri vəzifələrinə təyinatlar çox mühüm əhəmiyyət kəsb edir: “İşinin peşəkarı olan kadrların mühüm vəzifələrə təyin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatının əsas hissəsidir. General-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazovun isə Daxili İşlər naziri təyin edilməsi müsbət qiymətləndirilməlidir. Çünki bu şəxslər mətbəxi içəridən bilirlər, əməliyyat müvəkkilindən tutmuş qurumun rəhbərliyinə qədər bütün strukturları keçiblər. Ona görə də son zamanlar müsbət nəticələrin əldə olunduğunun şahidi oluruq. Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət və dövlətçiliyə olan təhdidlərin qarşısının alınması istiqmətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Prokurorluqla birgə keçirdiyi əməliyyatlarla korrupsiya və rüşvətxorluqla məşğul olan, həssas təbəqənin haqqına girən şəxslər üzə çıxarılır, onlara cinayət işi açılması istiqamətində mühüm addımlar atılır. Bu, əhali tərəfindən də dəstəklənir”.

 

A.Nağıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlarda da müsbət nəticələr əldə edilib: “Koronavirus pandemiyası dövründə polis əməkdaşlarının xüsusi peşəkarlıq nümayiş etdirməsi diqqətçəkən məsələlərdəndir. Onlar mühüm prosesi həyata keçirdilər. Hər iki təyinat çox mühüm və təqdirəlayiq idi. Son 1 ildə bunun müsbət nəticələrini görmüşük. Çətin və şərəfli işdə onlara uğurlar arzulayırıq. Görüləcək işlər çoxdur, əminəm ki, həllinə nail olacaqlar”.

 

Nəsib Məhəməliyev ağır itki...

Deputat Nəsib Məhəməliyev deyib ki, konstitusion quruluşundan, siyasi ideologiyasından, dövlət idarəetmə sistemindən asılı olmayaraq hər iki struktur, belə demək mümkünsə, dövlətin onurğa sütununu təşkil edir.

 

N.Məhəməliyev vurğulayıb ki, ötən il Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbərlərin təyinatı zamanın və cəmiyyətin sosial sifarişi idi: “Ümumiyyətlə, ölkə başçısı tərəfindən başladılan kadr islahatları əhali tərəfindən yüksək qiymətləndirilir. Ancaq etiraf etməliyik ki, Azərbaycanın  mövcud geosiyasi vəziyyəti, əhalinin inkişaf səviyyəsi, keçdiyimiz tarixi yol, üzləşdiyimiz ciddi problemlər bir çox sahələrdən fərqli olaraq bu strukturlara rəhbərlik edən şəxslərdən daha çox peşəkarlıq, təcrübə, çeviklik tələb edir. Bu baxımdan hesab edirəm ki, hörmətli Vilayət Eyvazov və hörmətli Əli Nağıyev tələb olunan meyarlara tam uyğun gəlir və ötən bir il ərzində dövlət təhlükəsizliyi, ictimai-siyasi sabitliyin təmin olunması, cinayətkarlıqla qarşı mübarizə sahəsində görülən işlər bunun təsdiqidir. Ələlxüsus xalqın yüksək qiymətləndirdiyi polis-vətəndaş münasibətlərində davranış mədəniyyətinin yeni müstəviyə qalxması hər kəsin ürəyincədir. Əvvəllər bu sahədə müəyyən qanun pozuntuları, sui-istifadə hallarına daha çox rast gəlindiyi üçün görülən müsbət işlər dərhal gözə çarpır. Hər iki generalı təbrik edir, çətin, eyni zamanda ölkəmizin təhlükəsizliyi, sağlam cəmiyyət quruculuğu naminə daşıdıqları şərəfli vəzifələrində uğurlar arzulayıram”.

 

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra həyata keçirilən kadr islahatlarında bütün cəmiyyətin diqqətini cəlb edən addımlardan biri general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazovun isə Daxili İşlər naziri vəzifəsinə təyinatı olub: “Etiraf etmək lazımdır ki, hər iki şəxs bu vəzifəyə təyin olunmamışdan öncə kifayət qədər uğurlu həyat yolu keçiblər. Əli Nağıyev və Vilayət Eyvazov yüksək peşəkarlığa, eyni zamanda təmiz imicə sahib olan, dövlətə, dövlətçiliyə, ulu öndərin ideyalarına sadiqliyi ilə fərqlənən yüksək səviyyəli generallardırlar. Bu genaralların təyinatından sonra Kütləvi İnformasiya Vasitələrində yalnız müsbət fikirlər səsləndirildi, onlara ünvanlanan gözləntilər önə çəkildi, uğurlar arzulandı… Təbii ki, onların içərisində mən də var idim. Hər ikisini tanıyan şəxs kimi demək istərdim ki, Prezident İlham Əliyev çox uğurlu seçim edib. Əli Nağıyev və Vilayət Eyvazov ölkə Prezidentinin onlara göstərmiş olduğu etimadı yüksək səviyyədə doğrultmaqda, xalqın rəğbətini qazanmaqdadırlar. Onlar vəzifəyə təyin edildikdən dərhal sonra əvvəlki müsbət ənənələrə söykənərək öz işlərini qurdular, mənfi xarakter daşıyan, neqativ mahiyyət kəsb edən məqamlara qarşı ciddi iradə nümayiş etdirdilər, həyata keçirdikləri kadr islahatlarında şəffaflığı, peşəkarlığı və dövlətə sədaqəti əsas meyar kimi götürdülər. Təəssüflər olsun ki, Əli Nağıyevə qədər Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı cəmiyyətdə xoşagəlməz fikirlər mövcud idi. Ciddi problemlər var idi… Əli Nağıyev neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı və buna nail oldu. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi peşəkarlıq nümayiş etdirməkdə, dövlətə sədaqətini ortaya qoymaqdadır”.

 

F.Ağamalı bildirib ki, Daxili İşlər Nazirliyi Azərbaycanda sabitliyin qorunmasında müstəsna xidmətlər göstərib. Bu xidmətlərə, ənənələrə söykənərək Daxili İşlər Nazirliyi üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, koronavirus pandemiyası ortaya çıxan zamandan nazirliyin bütün əməkdaşları böyük fədakarlıq nümayiş etdirdilər. Karantin rejiminin tələblərini pozanlara qarşı yüksək mədəniyyət və təmkinlilik göstərilib, onlarla qanunvericilik çərçivəsində rəftar olunub. Bu, etiraf olunmalıdır. Əli Nağıyevə və Vilayət Eyvazova fəaliyyətlərində uğurlar arzu edirəm”.

 

Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb ...

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsinin nə dərəcə uğurlu olduğu göz qabağındadır: “Əlbəttə, heç kəs istəməz ki, ölkəsində məmurlar bu qədər rüşvət alsın, korrupsiyaya bulaşmış olsun… Dövlət Təhlükəsizliyi Xidmətinin məsələlərə bu qədər diqqətlə yanaşması, ardıcıl əməliyyatların aparılması ümid verir ki, ölkədə neqativ halların qarşısı alınacaq. General-polkovnik Vilayət Eyvazovun da Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi uğurlu təyinatdır. Təyinatların uğurla həyata keçirilməsi ölkə üçün çox əhəmiyyətlidir. Dəyişiklik mütləq olmalıdır. Nəsillə birlikdə həm də məmur yetişməlidir”.

 

Deputat Cavid Osmanov: “Təmsil etdiyim bölgədəki bələdiyyələrin ...

Deputat Cavid Osmanov deyib ki, general-leytenant Əli Nağıyev və general-polkovnik Vilayət Eyvazov uzun müddətdir ki, bu sahədə çalışırlar: “Fəaliyyətlərində hər zaman xüsusi peşəkarlıq nümayiş etdiriblər, ulu öndər Heydər Əliyevin ideyalarına, siyasətinə sadiq olublar. Ümumlikdə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkədə struktur və kadr islahaları geniş vüsət alıb. Əli Nağıyevin və Vilayət Eyvazovun bu vəzifələrə təyinatı islahatların tərkib hissəsidir. Son bir ildə korrupsiya və rüşvətxorluğa, Prezidentin siyasətinə xələl gətirənlərə qarşı çox ciddi mübarizə aparılıb. Bilirsiniz ki, Dövlət Təhlükəsizliyi Xidməti bir il ərzində uğurlu əməliyyatlar həyata keçirib, aztəminatlı ailələrin yardımlarını, “maaş kart”larını mənimsəyənlər cəzalandırılıb”.

 

C.Osmanov Daxili işlər orqanlarının əməkdaşlarının koronavirus pandemiyası dövründəki fəaliyyətini yüksək qiymətləndirir: “Yorulmadan fəaliyyət göstərdilər, təmkinlilik nümayiş etdirdilər. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı insanlar tərəfindən polislərə təzyiqlər də olub. Buna baxmayaraq polis əməkdaşları onlara tapşırılan işlərin öhdəsindən layiqincə gəldilər. Əli Nağıyev və Vilayət Eyvazov kifayət qədər peşəkar kadrdırlar. Ölkədə sabitliyin qorunmasında bu şəxslərin xüsusi rolu var. Onlara fəaliyyətlərində uğurlar arzu edirəm”.

 

undefined

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, general-leytenant Əli Nağıyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin reytinqi 100 faiz artıb: “Çox maraqlıdır ki, insanların ən çox qorxduğu bir qurum ən çox inanılan, etibar edilən, sevilən bir quruma çevrildi. Daha bundan böyük nə xidmət ola bilər ki… General-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər nazirliyində ciddi islahatlar həyata keçirildi. Bu islahatlar davam edir. Vilayət Eyvazovun fəaliyyətini yüksək qiymətləndirirəm. O, Daxili İşlər Nazirliyinin nüfuzunu daha da qaldırmaq, yenilik gətirmək, vətəndaş məmnuniyyətini təmin etmək üçün əlindən gələni edir. Qeyd etməliyəm ki, polisə xalqın inamı və etibarı artıb”.

 

DiasporPress.az