“Dünya praktikasında avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Azərbaycanda da avtomobilin idarəsi üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.
DiasporPress.az-ın xəbərinə görə, Milli Məclisin iclasında deputat Azər Badamov belə təkliflə çıxış edib.
O bildirib ki, Azərbaycanda vətəndaş yaxın qohumunun avtomobilini etibarnamə olmadan idarə edə bilmir.
“Bu halda qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. SSRİ-dən qalma məsələ olan etibarnamə bu gün aktuallığını itirib. Çünki avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür”, – deyə A.Badamov əlavə edib.
DiasporPress.az