“3 il öncə pay torpaqları ilə bağlı qəbul edilən qanun bu günə kimi işləmir”
DiasporPress.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Paşazadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
Deputat qeyd edib ki, 3 il bundan öncə Milli Məclisdə “Kənd təsərrüfatı pay torpaqlarının könüllü şəkildə birləşdirilməsi, becərilməsi, əkilməsi haqqında” haqqında qanun qəbul edilsə də, həmin qanun bu günə kimi işləmir. “Bilirsiniz ki, cənub bölgəsind, xüsusən də Lənkəran, Masallı, Astara rayonlarında əkinə yararlı torpaqlar az olduğundan kəndlilər onlara verilən pay torpaqlarından effektiv istifadə edə bilmirlər. İnsanlar daha çox kollektiv şəkildə topraqlarından istifadəyə üstünlük verirlər və bunda maraqlıdırlar.Çünki əhaliyə 40-50 sot pay torpaqları düşüb və orada da aqrar texniki qaydaların heç birinə riayət etmək olmur. Ona görə də insanların çoxu bu torpaqları əkmir. Əkənlər də gözlədiyi məhsulu ala bilmədiyi üçün əllərini o torpaqlardan çəkirlər. Bu da dövlətimizin neftdən asılılığını aradan qaldırmasına böyük kölgə salır. Mən istərdim ki, bu qanun işləsin. İkinci məsələyə gəlincə, bilirsiniz ki, cənub bölgəsi hər zaman çayçılıq və subtropik meyvələr əkib becərməklə məşul olub. Hələ sovet dönəmidən Lənkəranda 28 min ton yaşıl çay əkilmişdi. 70-80 il bundan öncə əkilən çay plantasiyaları var idi. 90-ci illərdə o çay sahələri məhv edilib yerində sarımsaq əkdilər. Sonrakı dövrdə cənab prezidentin tapşırığı və səyi nəticəsində bu sahəyə böyük vəsait ayırdı. Çay plantasiyaları əkildi və fabriklər tikildi. Bilirsiniz ki, çay sahələri 5-7 ilə məhsul verir. Suyun olmaması çay sahələrin yanmasına, insanların qoyduğu vəsaitin heçə getməsinə səbəb olur. Əvvəl böyük su tutumları var idi.Həmin su tutumları 60-70 ildir ki, işlədilmir. Ona görə də onların içərisi gillə dolub. Xanbulan çayın böyük hissəsi içməli suya yönəlib. Ona görə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən xahiş edərdim ki, artizan quyuları qazılslın və suvarma ilə bu bölgələr təmin edilsin”- deputat qeyd edib.
DiasporPress.az