Dəhşətli qətl: Keçmiş sevgilisi gənc qızın başını kəsib, bədənini hissələrə ayırdı – FOTO

Dəhşətli qətl: Keçmiş sevgilisi gənc qızın başını kəsib, bədənini hissələrə ayırdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə yaşayan bir mühacir 17 yaşlı qızın başını kəsib, bədənini isə hissələrə ayırıb.

Bununla bağlı Sondakika.com məlumat yayıb.

Bildirilir ki, 17 yaşlı Vilma Anderson altı ay əvvəl itkin düşüb. İsveç polisi tərəfindən uzun müddətdir axtarılan qızdan pis xəbər alınıb. V.Andersonun keçmiş sevgilisi tərəfindən başı kəsilərək, vəhşicəsinə qətlə yetirildiyi məlum olub.

Gənc qızın başı alüminium folqaya bükülmüş halda mühacirin evindəki çamadanın içindən tapılıb. Onun bədəninin qalan hissələri isə hələ də aşkarlanmayıb.

Mühacirin qonşuları ötən ilin noyabrın 14-də evdə qışqırıq səsləri eşitdiklərini deyiblər. Bununla Vilma Andersonun həmin axşam qətlə yetirildiyi qənaətinə gəlinib.

Qatilin evindəki bıçaqlarda Vilmanın DNT-si aşkarlanıb.

Qətldən öncə qatilin qıza “Səni hissələrə ayıracağam” deyə mesaj yazdığı təsbit edilib.