Dağıstanda Azərbaycan vətəndaşları üçün qurulmuş düşərgə genişləndirilə bilər

Dağıstanda Azərbaycan vətəndaşları üçün qurulmuş düşərgə genişləndirilə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan nümayəndə heyəti – Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, hərbi və digər idarələrin nümayəndələri ölkə vətəndaşlarının yaşadığı çadır şəhərciyində əlavə yerlərin təşkilini müzakirə etmək üçün Rusiyaya, Dağıstan Respublikasının Dərbənd rayonuna gediblər.

“Arqumentı i faktı” nəşri xəbər verir ki, bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyev “Instagram” hesabında yazıb:

“Nümayəndə heyətinin səfərində məqsəd müvəqqəti çadır şəhərciyində əlavə yerlərin təşkili, orada qalan Azərbaycan vətəndaşlarının yaşayış şəraiti ilə tanış olmaqdır”.

Bildirilir ki, vətəndaşlar Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq sərhəddən vətənə buraxılacaq.

 

DiasporPress.az