Latviyada koronavirus xəstəsi öz məsuliyyətsizliyi ilə polisləri heyrətə gətirib.
“Sputnik”in məlumatına görə, polislər COVID-19 xəstəsinin evdə olub-olmamasını yoxlamaq qərarına gəliblər. Lakin onu evdə tapmayıblar və karantin qaydalarını pozduğu üçün 2000 avro (3807 AZN) məbləğində cərimələyiblər.
Ertəsi gün polis əməkdaşları yenə xəstənin yaşadığı ünvana gəliblər və bu dəfə də onu evdə tapmayıblar. Sonradan məlum olub ki, kişi maşınına yanacaq doldurmağa gedibmiş. Hüquq mühafizəçiləri isə, qaydalara uyğun olaraq, onu yenidən 2000 avro cərimə ediblər.
DiasporPress.az