Siqaret çəkmək COVID-19 infeksiyasının ağır şəkildə inkişaf etməsinə şərait yaradır.
“Haber Global”ın məlumatına görə, bu barədə ÜST rəsmisi Mariya Van Kerxov məlumat verib.
ÜST rəsmisi siqaret istifadəsinin xəstəliyə yoluxma zamanı ölüm riskini artırdığını da qeyd edib.
“Hamımız tütünün təhlükələrini bilirik. Hər il milyonlarla insan siqaretdən ölür. COVID-19 tənəffüs yolu xəstəliyidir və siqaret çəkmək də ağciyərlərə zərər vurur”, – deyə M.Kerxov bildirib.
DiasporPress.az