Çinin materik hissəsində sutka ərzində cəmi bir nəfər koronavirusa yoluxub.
Bu barədə “İnterfaks” Çinin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər yayıb.
Ümumilikdə 31 nəfərdə koronavirus aşkarlanıb ki, onlardan 30-u xarici ölkələrdən gələn şəxslərdir.
Hazırda Çin xəstəxanalarında 2400 nəfər var, onlardan 633-nün vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 29-da Çin koronavirus epidemiyasının sona çatdığını elan edib.
DiasporPress.az