Çinin Honkonq Universitetinin İctimai Səhiyyə şöbəsi ölkədə koronavirusun ilk dalğasında yoluxma hallarının göstəriləndən dörd dəfə çox olduğunu açıqlayıb.
Bununla bağlı “Lancet” jurnalında yazı dərc edilib.
Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, fevralın 20-də Çində virusa 55 000 yoluxma halının olduğu bildirilsə də, əslində, 232 mindən çox insan xəstələnib.
Bu araşdırmanın nəticələri ABŞ-ın Çini dünyadan məlumat gizlətməkdə günahlandırdığı bir vaxtda açıqlanıb. Çin tərəfi bunu epidemiya zamanı COVID-19-un müəyyən edilməsində tətbiq olunan dəyişikliklərlə əlaqələndirir.
Tədqiqatçılar qeyd edirlər ki, epidemiyanın ilk mərhələlərində koronavirusun müəyyən edilməsi qaydası sonrakı günlərdə virusla bağlı elmi məlumatlar artdıqca və laboratoriyaların imkanları yaxşılaşdıqca dəyişib.
DiasporPress.az