Çinin cənub-qərbindəki Yunnan bölgəsində meydana gələn beş bal gücündə zəlzələ nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Zəlzələ ötən gün axşam yerli vaxtla 21:47-də 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb. Yeraltı təkanların episentri səkkiz kilometr dərinlikdə olub.
DiasporPress.az