Çin Hindistanla mövcud sərhəd probleminin dinc yolla həllinə razılıq verdiyini açıqlayıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verib.
İki ölkənin sərhəd bölgəsində əsgərlərin ölümünə səbəb olan toqquşmadan sonra razılaşmanın əldə olunduğu qeyd edilib.
Xatırladaq ki, sərhəddə baş vermiş silahlı qarşıdurma nəticəsində, ilkin məlumata görə, Hindistan üç, Çin ordusu isə beş hərbçisini itirib.