Çin əsir götürdüyü hindistanlı hərbçiləri azad etdi

Çin əsir götürdüyü hindistanlı hərbçiləri azad etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 15-16 iyun tarixlərində Hindistanla sərhəddə baş vermiş toqquşma zamanı əsir götürdüyü 10 hindistanlı hərbçini azad edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Hindistanın “Hindu” qəzeti təhlükəsizlik xidmətindəki mənbələrə istinadən xəbər verib.

Qəzet yazır ki, əsir düşən hərbçilər Hindistan və Çin hərbi komandanlıqlarının nümayəndələri arasında baş tutan görüşdən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, bazar ertəsi günü Hindistanla Çin sərhədində yerləşən Ladax rayonunun Qaluan vadisində şiddətli toqquşma baş verib.

Silahlı insident nəticəsində Hindistan ordusunun 20 hərbçisi həlak olub. Çin ordusu isə toqquşmada 40 hərbçisini itirib.