Bəşəriyyət yeni dünya müharibəsi təhlükəsi ilə üz-üzədir.
Bu barədə Çexiya hərbi kəşfiyyatının hesabatına əsasən xəbər yayıb.
Analitiklər qlobal qarşıdurmanın indi ilk mərhələdə olduğuna əmindirlər.
Sənəddə deyilir:
“Burada fəal iştirak edə bilən və iştirak etmək istəyənlərin dünyagörüşü formalaşır və tədricən idarə olunacaq texnoloji alətlər müəyyənləşdirilir”.
Hesabat müəllifləri münaqişənin ehtimal olunan səbəbinin ABŞ, Rusiya və Çin arasındakı rəqabət olduğunu düşünürlər .
Sənəddə qeyd olunub ki, beynəlxalq hüququn əhəmiyyəti azalır.
Yaranan ziddiyyətləri həll etmək üçün bir yol kimi dinc dialoq yoxdur və dünyada nizam şübhə altındadır.
Analitiklər etiraf edirlər ki, gərginlik ictimai şüurun manipulyasiyası sayəsində artır.
Diasporpress.az