Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Lion”la “Yuventus” arasında keçiriləcək cavab oyununun tarixi müəyyənləşib.
DiasporPress.az xəbər verir ki, bu barədə Fransa klubunun prezidenti Jan-Mişel Ola deyib.
Onun sözlərinə görə, UEFA qarşılaşmanı avqustun 7-nə planlaşdırıb. Turində baş tutacaq matç boş tribunalar önündə keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda “Lion” 1:0 hesablı qələbə qazanıb, cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
DiasporPress.az