Cəlilabadda 44 yaşlı kişi özünü yandıraraq intihar edib.
APA xəbər verir ki, Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Vüqar Azadxan oğlu intihar məqsədilə üstünə benzin tökərək, özünü yandırıb.
Ağır yanıq xəsarətləri ilə Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az