Türkiyədə yeni “Barbaros” serialının çəkilişlərinə hazırlaşan məşhur aktyor Çağatay Ulusoy sevgilisi ilə Bodrumda yaxtada dincələrkən kameralara tuş gəlib. Ulusoyun artan çəkisi və uzanmış saç-saqqalı görənləri təəccübləndirib.
DiasporPress.az xəbər verir ki, mütəmadi olaraq ayrılıq xəbərləri çıxan Duyğu Sarışınla Ç.Ulusoy sonradan qayığa minərək dənizdə balıq tutublar. Sevgililər tutduqları balıqları yenidən dənizə atıblar.
Onların bir-birinə səmimi davranışları ayrılıq xəbərinin yalan olduğunu sübüt edib.