Çadın qərbində “Boko Haram” qruplaşmasının silahlı hücumu nəticəsində ən azı 92 hərbçi həyatını itirib.
“Frans Press” xəbər verir ki, hücum Çad gölünün yanında – Niger, Nigeriya və Kamerunla sərhəddə baş verib.
“Biz 92 hərbçimizi, zabit və çavuşlarımızı itirdik. İlk dəfədir ki belə böyük itkilərlə üzləşirik”, – deyə ölkə Prezidenti İdriss Debi İtno qeyd edib.
DiasporPress.az