Hacıqabul və Qaradağ rayonlarının bəzi hissələrində gün ərzində suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin, Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
DiasporPress.az