“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”.
DiasporPress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu kimi hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə müşahidə edilir:
“Abunəçilərdə belə bir hal aşkarlanarsa, həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 il ərzində quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq”.
V.Nəbibəyli onu da əlavə edib ki, son 5 ildə 1,2 mln. yeni sayğac quraşdırılıb:
“Hazırda isə 1 mln.-a yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçirilir”.
DiasporPress.az