Yunanıstanın sabiq səhiyyə naziri, ölkəsində tanınmış kardioloq olan Dmitris Kremastinos koronavirusdan ölüb.
Bu barədə “RİA Novosti” Yunanıstan Səhiyyə Nazirliyinin rəhbəri Vasilis Kikiliasa itstinadla xəbər verib.
Məlumata görə, Kremastinosda koronavirus bir neçə həftə əvvəl təsdiqlənmiş və o, reanimasiyaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, professorun həyatını xilas etmək mümkün olmayıb.
Yunanıstanda bu günə qədər 2 678 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 148-i ölümlə nəticələnib.
DiasporPress.az