Bu il dünya çempionatı keçirilə bilər

Bu il dünya çempionatı keçirilə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dünya Güləş Birliyinin (UWW) Atletlər Komissiyasının ikinci onlayn konfransı keçirilib.

DiasporPress.az  xəbər verir ki, onlayn konfransda pandemiyanın Cənubi Amerikada geniş yayılması ilə əlaqədar zona üzrə qitə birinciliklərinin bu il keçirilmə ehtimalının az olduğu vurğulanıb.

Digər tərəfdən, iyulun sonlarında Finlandiyada 5-6 ölkənin komandasının iştirakıyla təlim-məşq toplanışına start verilməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirələr zamanı bəzi yarışlarla bağlı da fikir mübadiləsi aparılıb.

Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında qitə birinciliklərinin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub. Norveçin paytaxtı Osloda təşkili nəzərdə tutulan böyüklərin dünya çempionatının gələn il oktyabrın 2-dən 10-dək reallaşacağı gözlənilir.

Ancaq pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə, bu il noyabrın sonları – dekabrın əvvəllərində də dünya çempionatı keçirilə bilər. Bu il Yunanıstan və Rumıniyada çimərlik güləşi üzrə iki beynəlxalq turnir də təqvimdə yer alıb.

 

 

DiasporPress.az