Dünya

Bu dövlət təcrid rejimini ləğv edir

Bu dövlət təcrid rejimini ləğv edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan hökuməti şənbə günü ölkədə təcrid rejimini ləğv edəcək.

“RİA Novosti” bu barədə ölkənin Baş naziri İmran Xanın açıqlamasına istinadla xəbər yayıb.

Onun dediyinə görə, bu, mərhələli şəkildə baş verəcək:

“İnsanların çoxu çətinliklərlə üzləşir. Bizim bu rejimi davam etdirmək imkanımız yoxdur, inkişaf etməkdə olan ölkəyik və uzun müddət dövləti qapalı vəziyyətdə saxlaya bilmərik. İxracatımız azalıb. Məhdud vəsaitimiz var idi və onları insanların rifahına xərclədik. Bu vəziyyətdən əziyyət çəkən hər kəsə kömək edə bilmərik”.

Baş nazir koronavirusa yoluxma təhlükəsinin qaldığını qeyd edib və əhalini hökumətin göstərişlərinə əməl etməyə çağırıb.

Ölkə hakimiyyəti tikinti ilə əlaqəli bütün sektorların açılmasına qərar verib.

Polad, alüminium zavodları və digər istehsal müəssisələri də açılacaq. Bazarlar həftənin beş günü, axşam saat 5-ə qədər açıq olacaq.

Dəmir yolu və hava nəqliyyatı qadağası davam edəcək.

 

DiasporPress.az