Britaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildi

Britaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya tarixində ilk dəfə olaraq hicablı müsəlman qadın hakim kimi fəaliyyət göstərəcək.

Bu barədə “The Independent” xəbər yayıb.

40 yaşlı Raffiyə Ərşad 17 ildən çoxdur ki, hüquq sahəsində təcrübə keçir. O, nümunəsinin digər müsəlman qadınlar üçün çox vacib olduğunu düşünür.

R.Ərşadın sözlərinə görə, erkən yaşlarından ona dini mövqeyi səbəbindən peşədə uğur qazana bilməyəcəyini deyiblər. Buna baxmayaraq, o, karyerası boyu hicabdan imtina etməyib.

O, təyinatı ilə əlaqədar bir çox insandan dəstək mesajları aldığını deyir.

Karyerasında R.Ərşad Britaniya müsəlmanlarının həyatı ilə əlaqəli bir çox sahədə qanun tətbiq edib. Bunlara ailə hüququ, məcburi evlilik, eləcə də İslam hüquqlarına dair digər məsələləri aid etmək olar.

 

DiasporPress.az