Brilliantdan gözlənilməz etiraf: “İlhamə deyirdi ki, Flora hamilə görünmək üçün qarnına balış qoyurdu” – FOTO

Brilliantdan gözlənilməz etiraf: “İlhamə deyirdi ki, Flora hamilə görünmək üçün qarnına balış qoyurdu” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser Tarix Əliyev (Tolik) tərəfindən Xalq artistləri Flora Kərimova ilə mərhum İlhamə Quliyevanın illər əvvəlki səmimi dialoqunun videoyazısının “Instagram”da paylaşılması qaranlıq məqamları üzə çıxarıb.

DiasporPress.az xəbər verir ki, yayımlanan videonun şərh bölməsinə Xalq artisti Brilliant Dadaşova mərhum müğənni ilə aralarında yaranan davaların pərdəarxası məqamlarını yazıb.

Sosial media əhli Dadaşovanın rəyinə “Sağ olanda demirdiniz” kimi rəylər yazaraq, sərt şəkildə reaksiya bildiriblər.

Brilliant isə İ.Quliyevanı sağlığında belə tənqid etməkdən çəkinmədiyini deyib:

“O, yalanı, şəri, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balış qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, bir insanın bu qədər şeytana qulluq etməsinə inanmazdım. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Sağ olanda İlhaməyə dediyim sözləri yanındakılar yaxşı bilir”.

B.Dadaşovanın etirafına F.Kərimova səssiz qalmayıb. Sənətkarın məsələyə münasibəti belə olub:

“Brilliant xanım, başınız ondan az çəkməyib. Nə birinci idiniz, nə də sonuncu. İndi bəziləri sağlığında İlhamə Quliyevaya bir söz deyə bilmədiyimizi qeyd edirlər. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi qorumağı bacardınız”.