“İsrailin İordan çayının qərb sahilini ilhaq etmək niyyəti qanunsuzdur”.
“Ynetnews” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlama ilə çıxış edib.
O qeyd edib ki, təşəbbüs narahatlıq doğurur və İsrailin öz sərhədlərini bu şəkildə qorumaq istəyi uğursuzluqla nəticələnə bilər.
Böyük Britaniyanın baş naziri vurğulayıb ki, ilhaq İsrailin ərəb və müsəlman dünyası ilə əlaqələrinin yaxşılaşdırılması istiqamətində qazandığı irəliləyişi təhlükə altında qoyacaq.
DiasporPress.az