Dünya

Bolqarıstanlı model dodaqlarını o qədər böyüdüb ki, yemək yeyə bilmir – FOTO

Bolqarıstanlı model dodaqlarını o qədər böyüdüb ki, yemək yeyə bilmir – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial media fenomeni – 22 yaşlı bolqarıstanlı model Andreya İvanovanın zahiri görünüşündə etdiyi dəyişiklik görənləri şoka salıb.

DiasporPress.az xəbər verir ki, bədəninin formasını plastik və estetik əməliyyatlarla 180 dərəcə dəyişən model dodağını daha da həcmli etmək üçün dolğu yolu ilə böyüdüb.

Xəyal obrazının “Barbi” kuklası olduğunu açıqlayan Andreya dodaqlarına estetik yolla 17 dəfə inyeksiya edib. Estetik prosedurdan sonra yeni fotolarını 40 minlik “Instagram” hesabında paylaşan modelin izləyiciləri Andreyanı görər-görməz məəttəl qalıblar.

Sosial media əhli Andreyanın bu addımını birmənalı qarşılamayıb. Tənqid olunan bolqarıstanlı model neqativ rəylərə belə münasibət bildirib:

“Həm müsbət, həm də mənfi rəylər yazırlar. Amma qadınların əksəriyyəti mənfi fikirdədir. Məni həm böyük, həm də kiçik dodaqlarımla sevənlər var. Bu, mənim üçün heç bir əhəmiyyət kəsb etmir”.

A.İvanova “Dodaqlarımı sevirəm. Ancaq əməliyyatdan sonrakı ilk iki gündə yemək yeyə bilmirdim, ağrıdan əziyyət çəkirdim. Lakin həkimlər bundan sonra ağrıların azalacağını söylədilər” deyib.

Qeyd edək ki, Andreya İvanova dəfələrlə rinoplastika (burunda) və mamoplastika (süd vəzilərində) əməliyyatları keçirib.