Bolqarıstanda tüstü qumbarası istehsal edilən “Arsenal” silah müəssisəsində partlayış baş verib.
bTV telekanalı xəbər verir ki, partlayış nəticəsində zavodun iki işçisi yaralanıb, dağıntılar var.
İlkin məlumata görə, insident yerli vaxtla 11:30-da (Bakı vaxtı ilə 12:30) baş verib. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları çalışır.
“Arsenal” silah zavodu Bolqarıstanda strateji obyekt hesab olunub.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.
DiasporPress.az